2014-cü ilin aprel ayında Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri-Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusla əməkdaşlıq fəaliyyətlərini nəzərdə tutan və “Proqramlı Əməkdaşlıq Çərçivəsi”nə (PCF) əsasən həyata keçiriləcək Niyyət Bəyannaməsi imzaladılar.


Həmin əməkdaşlıq fəaliyyətləri Avropa Şurasının və Avropa İttifaqının insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə standartlarına yaxınlaşmaq üçün ölkədaxili islahatların həyata keçirilməsi məqsədilə Belarus istisna olmaqla, Avropa Şurasının üzvü olan Şərq Tərəfdaşlığı ölkələrinin imkanlarını artıracaq.


PCF iki mərhələdə həyata keçiriləcək: 2015‑2017-ci illər və 2018-2020-ci illər. Aralıq qiymətləndirmə 2017-ci, yekun qiymətləndirmə isə 2020-ci ildə aparılacaq. İlkin icraat mərhələsi (2015-2017) üçün ayrılan büdcə 33.8 milyon avro təşkil edir. PCF 90% Avropa İttifaqı, 10% Avropa Şurası tərəfindən maliyyələşdirilir. O, Avropa Şurası tərəfindən həyata keçirilir.


PCF üzrə əməkdaşlığa dair beş prioritet sahə (yaxud “mövzu”) Avropa İttifaqı ilə birlikdə müəyyənləşdirilmişdir. Həmin beş mövzu çərçivəsində 15 alt mövzu yer alır ki, bunlar da ölkəyönümlü və regional xarakterli 50 fəaliyyəti özündə birləşdirir.

“Bu vebsayt Avropa Şurası və Avropa İttifaqının Birgə Layihəsinin maliyyə vəsaitləri hesabına yaradılmışdır. Burada öz əksini tapan fikirlər heç bir halda Avropa İttifaqının yaxud Avropa Şurasının rəsmi rəyini əks etdirmək üçün istifadə edilə bilməz”.

PGG visual identity
EU Eastern Partnership logo