Avropa Şurası qitənin aparıcı insan hüquqları təşkilatıdır. Avropa Şurasına 47 üzv dövlət, o cümlədən, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri daxildir: Belarus istisna olmaqla, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna.

Avropa Şurasının bütün üzvləri Avropa İnsan Hüquqları Konvensiyasını insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etmək üçün nəzərdə tutulmuş sazişi imzalayıb.

Avropa Şurası, həmçinin, beynəlxalq konvensiyalar, məsələn Kibercinayətkarlıq haqqında Konvensiya vasitəsilə insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini təşviq edir. O, üzv dövlətlərin bu sahələr üzrə əldə etdiyi inkişafa nəzarət edir və müstəqil ekspert monitorinq orqanları vasitəsilə tövsiyələr hazırlayır.

Hər bir ölkənin səhifəsi onun gördüyü tədbirlər və əldə etdiyi irəliləyiş haqqında daha təfərrüatlı məlumat verir.