Ukraine
İnsan Hüquqları üzrə Müvəkkil
Müvəkkil öz mandatının tərkib hissəsi kimi insan hüquqlarının vəziyyətinə nəzarət etmək, eləcə də, dövlət orqanları və sivil cəmiyyətlərlə dialoq qurmaq üçün ölkələrə səfərlər həyata keçirir.
Ukraynaya səfər haqqında hesabatlar
Korrupsiyaya qarşı mübarizə
Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) üzv dövlətlərin korrupsiya ilə mübarizə imkanlarını artırmaq məqsədilə onların Avropa Şurasının antikorrupsiya standartlarına riayət etməsinə nəzarət edir.
Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə
Ekspertlərdən ibarət MONEYVAL komitəsi Avropa Şurasına üzv olan, lakin Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) qoşulmayan dövlətlərdə çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün ölkədaxili tədbirlərin səmərəliliyini qiymətləndirir. MONEYVAL komitəsinin üzvü olan, lakin sonradan FATF komitəsinə qoşulan Avropa Şurasına üzv dövlətlər MONEYVAL komitəsinə tam üzvlük hüququnu qoruyub saxlaya bilərlər. Üzvlük üçün müraciət edən ölkələr və FATF komitəsinin üzvü olmayan digər qeyri-üzv ölkələr müəyyən şərtlər daxilində mandata qoşulmaq üçün müraciət edə bilərlər.
Qanun vasitəsilə Demokratiya
Avropanın konstitusiya irsinin standartlarına cavab verən konstitusiyaların qəbulunda aparıcı rol oynayan Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası - Venesiya komissiyası konstitusiya məsələləri üzrə məşvərətçi orqandır.
Sosial hüquqların müdafiəsi
Avropa Sosial Xartiyası Avropa Şurasının sosial və iqtisadı insan hüquqlarının təmin edilməsinə zəmanət verən razılaşmasıdır. O, 1961-ci ildə qəbul edilmiş və 1996-cı ildə yenidən işlənmişdir. Avropa Sosial Hüquqlar Komitəsi üzv dövlətlərdəki vəziyyətin Avropa Sosial Xartiyasına, 1988-ci il tarixli Əlavə Protokola və Avropa Sosial Xartiyasının yenidən baxılmış versiyasına uyğun olması barədə qərar verir.
Məlumat Kitabçası-Ukrayna və Avropa Sosial Xartiyası
Avropa Sosial Hüquqlar Komitəsinin yekun rəyləri
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ)
CEPEJ-in məqsədi üzv dövlətlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və fəaliyyətinin yaxşılaşdırılmasıdır.
Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE)
Nazirlər Komitəsinin bu məşvərətçi orqanı rəylər hazırlayır,Cinayət Mühakiməsi Sistemində Dövlət İttihamının Roluna dair 2000-ci il tarixli 19 saylı Tövsiyənin icrasını təşviq edir və Avropada dövlət ittihamı xidmətlərinin fəaliyyəti barədə məlumat toplayır.
İşgəncənin qarşısının alınması
İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi azadlıqdan məhrum edilən şəxslərə qarşı rəftarı qiymətləndirmək məqsədilə cəzaçəkmə müəssisələrinə (yeniyetmə yaxud immiqrant məhbuslar üçün, polis məntəqələri, psixiatrik xəstəxanalar) baş çəkir.
İrqçiliyə qarşı mübarizə
İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRİ) üzv dövlətlərə ölkələrində irqçilik və dözümsüzlük problemlərini aradan qaldırmaq üçün konkret və praktiki məsləhətlər verən müstəqil monitorinq orqanıdır.
ECRİ-nin Ukrayna haqqında yekun rəyləri və hesabatları
Milli azlıqların müdafiəsi
Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiya sazişin üzv dövlətlərdə hansı səviyyədə həyata keçirildiyini qiymətləndirmək üçün monitorinq sistemi yaradır. Məşvərətçi Komitə milli azlıqların müdafiəsini yaxşılaşdırmaq üçün tövsiyələr hazırlayır.
Parlament Assambleyası
Yerli və Regional Səlahiyyətli Orqanların Konqresi
Ukraynanın nümayəndə heyəti, monitorinq hesabatları, seçki müşahidə hesabatları və tövsiyələr
Mr Serhii SAIENKO
Deputy Director
EU Regional Policies and Strategies
Directorate General for the EU and NATO
Ministry of Foreign Affairs of Ukraine