Back Kibercinayətlərə qarşı birgə mübarizə

Kibercinayətlərə qarşı birgə mübarizə

Şərq Tərəfdaşlığı ölkələri kibercinayətkarlığa qarşı mübarizə aparmaq üçün necə əməkdaşlıq edə bilərlər? Bu, layihənin başladılması ilə əlaqədar Rumıniyanın Buxarest şəhərində keçirilən tədbirin (9-11 sentyabr 2015-ci il) müzakirə mövzusu olacaq.

Altı Şərq Tərəfdaşlığı ölkəsinin-Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynanın məhkəmə və polisin əməkdaşlığı sahələri üzrə ekspertləri tərəfdaş ölkələrin və təşkilatların nümayəndələrinin yardımı ilə kibercinayətkarlıq və elektron dəlillər üzrə beynəlxalq əməkdaşlıq prosedurlarının və orqanlarının hərtərəfli müzakirəsini aparacaqlar.

Bu görüş Avropa İttifaqı və Avropa Şurasının “Şərq Tərəfdaşlığı Regionunda Kibercinayətkarlıq üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi” (Cybercrime@EAP II) adlı birgə layihəsinin bir hissəsidir. Cybercrime@EAP II layihəsi Avropa Şurasının Kibercinayətkarlıq Proqramı Bürosu (C-PROC) tərəfindən Rumıniyada həyata keçirilir.

Çərşənbə günü 9 sentyabr tarixində saat 09:00-dan 13:00-dək Novotel otelində keçiriləcək görüş mətbuata açıq olacaq. Görüş haqqında ətraflı məlumatı onun vebsaytından əldə edə bilərsiniz.

Mətbuat üçün əlaqə vasitəsi:  Estelle Steiner, tel. +33 3 88 41 33 35

Buxarest 9-11 sentyabr 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page