Back Şərq Tərəfdaşlığı ölkələrində qadınların siyasi həyatda təmsil olunmasına dair regional tədqiqat

Şərq Tərəfdaşlığı ölkələrində qadınların siyasi həyatda təmsil olunmasına dair regional tədqiqat

İşçi qrupun Şərq Tərəfdaşlığı ölkələrində qadınların siyasi həyatda iştirakına dair regional tədqiqatın hazırlanmasını nəzərdə tutan iki günlük görüşü 20-21 iyul 2015-ci il tarixlərində Tbilisidə keçiriləcək. Aİ və AŞ-nın “Seçki qanunvericiliyi və təcrübəsi sahəsində islahatların aparılması və seçki məsələləri üzrə regional əməkdaşlığın inkişafı”adlı birgə layihəsi çərçivəsində təşkil edilən tədbir Şərq Tərəfdaşlığı ölkələrinin gender məsələləri üzrə müstəqil ekspertlərini, Avropa Şurası ekspertlərini və Gender Bərabərliyi üzrə Avropa İnstitutunun və Gender Bərabərliyi Komissiyasının ekspertlərini bir araya gətirəcək.

Tədqiqatın məqsədi ayrı-ayrı Şərq Tərəfdaşlığı ölkələrində və ümumilikdə Şərq Tərəfdaşlığı regionunda qadınların siyasi həyatda iştirak vəziyyətinin, eləcə də, onların ölkənin siyasi həyatında iştirakına və təmsil olunmasına əngəl törədən amillərin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsini təmin etməkdir. Tədqiqat vəziyyəti iki səviyyədə araşdıracaq: I) qanunverici və icraedici hakimiyyət və II) yerli və regional özünüidarə.
Bu layihə Avropa İttifaqının və Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələri üçün Proqramlı Əməkdaşlıq Çərçivəsinin bir hissəsini təşkil edir.

Tbilisi, Gürcüstan 20-21 iyul 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page