Back Moldovanın Vəkillər Kollegiyasına dəstək: tövsiyələrin birgə icrası

Moldovanın Vəkillər Kollegiyasına dəstək: tövsiyələrin birgə icrası

7 avqust 2015-ci il tarixində Avropa İttifaqının və Avropa Şurasının layihəsinin bir hissəsi olaraq ekspertlərin Kişinyov şəhərinə ikinci səfəri baş tutdu: “Moldova Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin və hüquqşünaslara dəstəyin artırılması”

Bu, iyun ayında baş tutan qiymətləndirmə səfərinin nəticələrinin izlənməsi üçün tamamlayıcı səfər idi. Səfərin məqsədi ekspertlərin tövsiyələrinin həyata keçirilməsi üçün mərhələli iş planının müzakirəsi və onunla bağlı razılığın əldə olunması idi.

Görüş Moldova Vəkillər Kollegiyasının sədri xanım Nina Lozanın çıxışı ilə başladı və o, Aİ-nin və Avropa Şurasının birgə dəstəyini dəyərləndirdiyini bildirərək əldə olunan səriştənin əhəmiyyətindən danışdı və öz həmkarlarını ondan tam yararlanmağa çağırdı.

Görüş zamanı ekspertlər tədqiqatlarının nəticələrini və tövsiyələrini təqdim etdilər, daha sonra vəkillərin davamlı təlimi, Vəkillər Kollegiyasının idarə olunması, vəkillərin etik davranış kodeksi və intizamı, vəkillərə qarşı intizam prosedurları zamanı müştərilərin məxfiliyinin qorunması üzrə islahatların prioritetlərinə dair fikir mübadilələrindən və müzakirələrdən ibarət sektorlar üzrə interaktiv seminarlar keçirildi.

Moldova Vəkillər Kollegiyasının Sədri, Kollegiyanın Şura və Komissiyalarının üzvləri, Ədliyyə Nazirliyinin, Qadın Vəkillər Assosiasiyasının, Gənc Vəkillər Assosiasiyasının, Vəkillər Qrupu üçün Vəkillər Təşkilatının nümayəndələri və digərləri müşavirə və müzakirələrdə fəal surətdə iştirak etdilər. Nəticədə, vəkillərin özünüidarəsinə dair ən mühüm məsələlərin çoxtərəfli təhlili daxili prosedurları və müəssisələri müasirləşdirmək üçün optimal üsullara dair razılığın əldə olunmasına imkan yaratdı. Bu, Moldova Vəkillər Kollegiyasını Avropa təcrübəsinə və Avropa Şurasının mövcud standartlarına yaxınlaşdırmaq üçün tələb olunan dəyişikliklərin həyata keçirilmə planında öz əksini tapacaq. Qarşıdan gələn aylarda layihə Moldovalı həmkarların mərhələli iş planını həyata keçirmələrinə dəstək verməyə davam edəcəkdir.

"Moldova Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin və hüquqşünaslara dəstəyin artırılması” layihəsinin "Moldova Vəkillər Kollegiyasına Dəstək" komponenti Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi tərəfindən maliyyələşdirilir. Avropa Şurası və Avropa İttifaqı Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusun insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə Avropa Şurasının meyarlarına cavab verməsinə və vətəndaşlarının həyat şərtlərini yaxşılaşdırmasına kömək etmək üçün bu ölkələrlə birgə çalışırlar.

Chisinau 7 avqust 2015-
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page