Back Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası (ECRML) üzrə seminar

Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası (ECRML) üzrə seminar

6-7 iyun 2015-ci il tarixlərində milli azlıqlara dair məsələlərlə məşğul olan, milli azlıqların və Qafqaz xalqlarının dilləri üzərində işləyən Avropa Şurası ekspertlərinə, tədris müəssisələrinin əməkdaşlarına və dilçilərə Xartiya barədə obyektiv məlumat vermək, Gürcüstanın milli azlıqların dillərinə tətbiq etmək istədiyi ECRML müddəalarının məzmununu və əhatə dairəsini, eləcə də, milli azlıqların cəmiyyətə daha yaxşı inteqrasiyasını nəzərdə tutan dövlət strategiyalarını təqdim etmək, milli azlıqlara məxsus dillərin məktəblərdə tədrisi ilə əlaqədar təhsil sahəsində əldə olunan inkişafı müzakirə etmək üçün seminar təşkil etmişdir.

İştirakçılar, həmçinin, Gürcüstanın “Dövlət dili və onun Xartiya ilə qarşılıqlı əlaqəsi” adlı Qanun layihəsini müzakirə etmişlər. Müzakirələr zamanı iştirakçılar Xartiyanın Gürcüstan tərəfindən imzalanmasına dəstəklərini ifadə etmişlər. Görüş Avropa İttifaqı və Avropa Şurasının “Gürcüstanda Milli Azlıqların Cəmiyyətə İnteqrasiyası və Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası” adlı Birgə Proqramı çərçivəsində keçirilmişdir.

Gürcüstan 6-7 iyun 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page