Back Erməni və Urum Türk dillərinin istifadəçiləri üçün məlumatlandırıcı görüş

Erməni və Urum Türk dillərinin istifadəçiləri üçün məlumatlandırıcı görüş

29-30-iyun 2015-ci il tarixlərində Avropa Şurası milli və yerli səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində Tsalka, Axalkalaki və Ninotsminda şəhərlərində məskunlaşan Erməni və Urum Türk dillərinin istifadəçiləri üçün “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası” barədə iki məlumatlandırıcı görüş keçirmişdir.

Tədbirlərdə yerli səlahiyyətli orqanların nümayəndələrinə, eləcə də, Erməni və Urum Türk dillərinin istifadəçilərinə Xartiyanın onlara öz dillərini mühafizə etmək üçün necə kömək edəcəyi barədə məlumat verilmişdir. Tədbirlər, həmçinin, Erməni və Urum Türk dillərinin istifadəçilərinə dillərinin cari vəziyyəti və ortamüddətli perspektivləri barədə məlumatları təqdim etmək imkanı yaratmışdır.

Müzakirələr zamanı Erməni və Urum Türk dillərinin istifadəçiləri, eləcə də, yerli səlahiyyətli orqanlar Xartiyanın Gürcüstan tərəfindən ratifikasiya edilməsinə dəstəklərini ifadə etmişlər.

Gürcüstan 1999-cu ildə Avropa Şurasına qoşulmaqla Xartiyanın imzalanmasını və ratifikasiyasını öz öhdəsinə götürdü. Xartiya Avropa Şurasının əsas konvensiyalarından biri kimi milli azlıqlar tərəfindən ənənəvi olaraq istifadə edilən dilləri ölkənin mədəni irsinin bir parçası kimi müdafiə etmək məqsədi daşıyır.

Görüşlər Avropa İttifaqı və Avropa Şurasının “Gürcüstanda Milli Azlıqların Cəmiyyətə İnteqrasiyası və Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası” adlı Birgə Proqramı çərçivəsində keçirilmişdir. 2015-ci ilin iyul ayında Axmeta və Kvareli rayonlarında (Kaxeti regionu) Kist/Çeçen, Osetin, Avar və Udi dillərinin istifadəçiləri, eləcə də, yerli səlahiyyətli orqanlar üçün də bənzər tədbirlər təşkil ediləcək.

Tsalka, Akhalkalaki and Ninotsminda, Georgia 29-30 İyun 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page