Back KİV üçün açıqlama: Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə işçiləri, inzibati orqan işçiləri və peşəkar hüquqşünaslar üçün layihələrin orta müddətli hesabatını təqdim edir

KİV üçün açıqlama: Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə işçiləri, inzibati orqan işçiləri və peşəkar hüquqşünaslar üçün layihələrin orta müddətli hesabatını təqdim edir

Cümə axşamı günü, 13 oktyabr tarixində Avropa Şurası və Avropa İttifaqı Bakıda KİV-nə Şərq Tərəfdaşlığı ölkələri, xüsusən Azərbaycan üçün nəzərdə tutulmuş layihələrin orta müddətli hesabatı təqdim edəcək.

Azərbaycanda 2015-2017-ci illərdə Proqram Əməkdaşlığı Çərçivəsində keçiriləcək dörd layihənin əsas məqsədi KİV azadlığının və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

4,7 milyon avro dəyərində olan bu layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. Ölkəyə aid olan bu layihələrin nəticələrindən əlavə, həm də Azərbaycanın iştirak etdiyi, bütün Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən 14 regional təşəbbüsün nəticələri təqdim olunacaqdır.

Draqana FİLİPOVİÇ, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri; Səfir Malena MARD, Azərbaycanda Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri, Aqil GÜNƏŞOV, Proqram Əməkdaşlığı Çərçivəsində milli əlaqələndirici, Xarici İşlər Nazirliyi; və Arkadiy SITİN, Proqram Əməkdaşlığı Çərçivəsində Avropa Şurası tərəfindən əlaqələndirici çıxış edəcəklər.

Təqdimat cümə axşamı günü, 13 oktyabr tarixində, Bakı vaxtı ilə 14:00-15:00-da, Bakı şəhəri, Azadlıq prospekti 1B ünvanında, Hilton otelində, “Sevda” konfrans zalında baş tutacaq. Təqdimat əsnasında İngilis – Azərbaycan dillərinə şifahi tərcümə təmin olunacaq.

 Avropa Şurası/Avropa İttifaqı Proqramlı Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında Azərbaycanda reallaşdırılacaq layihələrin aralıq nəticələri (2015-2017)
 Avropa Şurası/Avropa İttifaqı tərəfindən həyata keçirilən regional layihələrin aralıq nəticələri Proqramlı Əməkdaşlıq Çərçivəsi (2015-2017)

KİV nümayəndələrinin əvvəlcədən akkreditasiyadan keçməsi tələb olunur. KİV-lərin akkreditasiyası Avropa Şurasının Bakı ofisi vasitəsilə həyata keçirilir, akkreditasiya üzrə əlaqələndirici şəxs: Nərmin AXUNDOVA, [email protected], +994 12 599 05 27 və +994 12 599 05 28 (dax: 11)

Əlavə:

Daha çox məlumat əldə etmək üçün aşağıdakı vebsayta daxil olun: http://eap-pcf-eu.coe.int

Əlaqələndirici şəxs: Nərmin AXUNDOVA, [email protected], +994 12 599 05 28 (dax: 11)

Baku 13 oktyabr 2016
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page