Back Pilot məhkəmələrdə CEPEJ mexanizmlərindən istifadə edilməklə məhkəmələrin səmərəliliyi üzrə təlim proqramının başladılması

Pilot məhkəmələrdə CEPEJ mexanizmlərindən istifadə edilməklə məhkəmələrin səmərəliliyi üzrə təlim proqramının başladılması

1-3 sentyabr tarixlərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri daha üç pilot məhkəməyə (Soroka Rayon Məhkəməsi, Kahul Apelyasiya Məhkəməsi, Yaloveni Rayon Məhkəməsi) baş çəkmiş, mövcud məhkəmələrin idarəolunması praktikaları, o cümlədən, ədalət mühakiməsinin və məhkəmələrin səmərəliliyi və keyfiyyəti üzrə CEPEJ mexanizmlərinin tətbiq edilmə səviyyəsini müzakirə etmişlər.

Bu, Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən, Avropa Şurası tərəfindən həyata keçirilən “Moldova Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin və hüquqşünaslara dəstəyin artırılması” adlı Birgə Layihə çərçivəsində ekspertlərin Moldova Respublikasına ikinci səfəridir.

Layihə üzrə 6 pilot məhkəmənin hər birinə səfər təşkil edilmiş və bütün məhkəmələr CEPEJ komandasını 2010-2014-cü illər üzrə tələb olunan statistik məlumatlarla, eləcə də, məhkəmə prosesinin müddətinin idarə olunması üzrə seçilmiş 15 SATURN təlimatının tətbiq edilmə səviyyəsi üzrə özünüqiymətləndirmə ilə təmin etmişlər. 4 sentyabr 2015-ci il tarixində CEPEJ ekspertləri Moldova Respublikasının pilot məhkəmələrində CEPEJ vasitələrinin tətbiqinə dair təlim proqramını başlatmaq üçün seminar təşkil etmişlər.

CEPEJ ekspertləri pilot məhkəmələr üzrə məhkəmələrin səmərəliliyi üzrə ən mühüm göstəricilərin (cinayətlərin üstünün açılma səviyyəsi, işə baxılma müddəti, apelyasiya şikayətlərinin sayı, hakim başına düşən məhkəmə işlərinin sayı və s.) hesablanma metodologiyasını və nəticələri təqdim etmiş, təqdim olunan məlumatlardakı (məhkəmə statistikasının keyfiyyəti) nöqsanlar barədə qısa məlumat vermiş və məhkəmələrin müddətinin idarə olunmasına dair təlimatların tətbiqi barədə keçirilən sorğuya verilən cavablar pilot məhkəmələrlə birlikdə müzakirə edilmişdir.

Növbəti mərhələdə CEPEJ ekspertləri məhkəmə kouçinqi üzrə fərdi hesabatlar hazırlayacaq, həmin hesabatlar pilot məhkəmələrlə müzakirə ediləcək və onlar tərəfindən təsdiq ediləcəkdir. Məhkəmə kouçinqi üzrə hesabatlar aşkara çıxarılan faktların və verilən pilot məhkəmə səviyyəsində CEPEJ vasitələrinin daha geniş tətbiqinə dair tövsiyələrin qısa xülasəsini verəcəkdir. Pilot məhkəmələr məhkəmə kouçinqi üzrə hesabatları təsdiq etdikdən sonra həmin hesabatlar layihənin müntəzəm dəstəyi ilə 2016-cı il ərzində tətbiq ediləcək.

4 sentyabr 2015-ci il tarixində keçirilən seminarın iştirakçılarının siyahısı..

 

Moldaviya 1-4 4 sentyabr 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page