Back Ukrayna Milli Hakimlər Məktəbinin təlim səfəri

Ukrayna Milli Hakimlər Məktəbinin təlim səfəri

30 iyun-3 iyul tarixlərində Ukrayna Milli Hakimlər Məktəbinin nümayəndələri Polşanın Krakov şəhərində Milli Məhkəmə və Dövlət İttihamı Məktəbində təlim səfərində iştirak etmişlər. Bu təlim səfəri Avropa İttifaqının və Avropa Şurasının Proqramlı Əməkdaşlıq Çərçivəsi vasitəsilə “Ukraynada Avropa İnsan Hüquqları standartlarının tətbiqinin gücləndirilməsi” layihəsinin bir hissəsini təşkil edir.

Hər iki qurumun nümayəndələri hakimlərin peşəkar hazırlığının təşkili, hakimlər üçün ilkin təlimlərin keçirilməsi, kurrikulumun və distant təhsil kursları üçün HELP (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi) proqramının vasitə və resurslarından ibarət praktiki təcrübənin yaradılması ilə əlaqədar məsələləri müzakirə etmişlər.

Krakow, Polşa 30 iyun - 3 iyul
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page