10 sentyabr 2015-ci il tarixində Strasburqda Şərq Tərəfdaşlığı Ölkələrində Məhkəmə İslahatları üzrə Regional Dialoq Prosesinin Açılış Konfransı keçiriləcək.
Konfrans məhkəmə islahatları üzrə regional dialoq layihəsi üçün açılış tədbiri rolunu oynayacaq.
Layihə dialoq üçün forum yaratmaq və yaxşı təcrübələri və çıxarılan dərsləri müəyyənləşdirmək məqsədilə məhkəmə islahatları məsələsinə dair mübadiləni dəstəkləmək üçün 6 Şərq Tərəfdaşlığı Ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcstan, Moldova Respublikası, Ukrayna və Belarus) ədliyyə nazirliklərinin, məhkəmələrin, müstəqil məhkəmə orqanlarının və vəkillər kollegiyalarının nümayəndələrini bir araya gətirəcək.
Açılış konfransı dialoq prosesini başladacaq və Avropa Şurası ərazisində məhkəmə islahatları prosesi ərzində əldə edilən ən son inkişaf, həllini gözləyən çətinliklər, öyrənilən təcrübə haqqında informasiya və fikir mübadiləsinin aparılması, Şərq Tərəfdaşlığı Ölkələrində davam etməkdə olan islahat prosesi barədə məlumatların bölüşdürülməsi, eləcə də, müvafiq AŞ orqanlarının hal-hazırda davam edən işlərilə bağlı potensial sinerji sahələrini araşdırmaq üçün geniş forum yaradacaq.
Növbəti gün Layihənin altı ölkənin məhkəmələrinin, ədliyyə nazirliklərinin və vəkillər kollegiyalarının nümayəndələrindən ibarət Regional Koordinasiya Qrupu (RSG) fəaliyyət planının razılaşdırılmasına və milli islahat prosesini gücləndirmək üçün ən yaxşı təcrübələrin müəyyənləşdirilməsi və tövsiyələrin hazırlanması məqsədilə layihə çərçivəsində gözdən keçirilməsi zəruri olan ən problemli məsələlərin seçilməsinə həsr edilən ilk görüşünü keçirəcək.
Bu tədbirlər Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi vasitəsilə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Məhkəmə Sistemləri İslahatı-6 Şərq Tərəfdaşlığı ölkəsi üçün regional aspekt” adlı Birgə Layihə çərçivəsində təşkil olunur.
