Back Şərq Tərəfdaşlığı ölkələrinin millət vəkilləri insan hüquqlarını müzakirə edəcəklər

Şərq Tərəfdaşlığı ölkələrinin millət vəkilləri insan hüquqlarını müzakirə edəcəklər

21-22 sentyabr tarixlərində 5 Şərq Tərəfdaşlığı ölkəsindən olan millət vəkilləri Avropa İnsan Hüquqları Konvensiyasının standartlarının tətbiqində ölkə parlamentlərinin rolunu müzakirə etmək üçün seminarda iştirak edəcəklər.
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukraynanın, habelə, Avropa Şurasının üzvü olan digər ölkələrin millət vəkilləri müstəqil ekspertlər və bu sahənin mütəxəssisləri ilə birlikdə qanun layihələrinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının səmərəli qaydada həyata keçirilməsində parlamentlərin rolunu müzakirə edəcəklər.
İlk regional seminar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək. Seminar Avropa İttifaqı və Avropa Şurasının “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə Avropa Şurasının Parlament Assambleyası tərəfindən təşkil edilir.

Niderland Senatoru, AŞPA-nın AİHM-ə hakim seçimi üzrə Komissiyasının Sədri və AİHM-in qərarlarının icrası üzrə Məruzəçi cənab Klaas de VRİES ilə müsahibə

Interview with Gürcüstan Parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komissiyasının Sədri xanım Eka BESELİA ilə müsahibə

 

Tbilisi, Gürcüstan 21-22 sentyabr 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page