Back Azərbaycanlı hakimlər və vəkillər üçün insan hüquqları mövzusunda təlim səfəri

Azərbaycanlı hakimlər və vəkillər üçün insan hüquqları mövzusunda təlim səfəri

15-16 sentyabr 2015-ci il tarixlərində Azərbaycan Ədliyyə Akademiyasının gələcək təlimçilərindən ibarət qrup Avropa İnsan Hüquqları Məhkəməsində və Avropa Şurasında iki günlük təlim səfərində olmuşdur. Səfərin məqsədi iştirakçılara Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti, xüsusilə də, milli presedent hüququ və insan hüquqlarının yerli səviyyədə tətbiqi barədə ətraflı məlumat verməkdir.

İştirakçılar Böyük Palatanın dinləməsində iştirak edəcək, müxtəlif mövzulara dair Avropa Şurası Katibliyinin nümayəndələri tərəfindən nümayiş olunan təqdimatları dinləyəcəklər.

Bu təlim səfəri Avropa Şurası və Avropa İttifaqının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda Tətbiqi” adlı Birgə Layihəsinin bir hissəsini təşkil edir. Bu layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi”nin bir hissəsidir.

Strasbourg 15-16 sentyabr 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page