Back Ukraynada ayrı-seçkilik əleyhinə Avropa standartları üzrə təlim

Ukraynada ayrı-seçkilik əleyhinə Avropa standartları üzrə təlim

13-14 iyul 2015-ci il tarixlərində İnsan Hüquqları üzrə Ukrayna Parlament Müvəkkilinin Aparatının  nümayəndələri üçün Avropa İnsan Hüquqları standartları kontekstində ayrı-seçkiliyin yolverilməzliyi mövzusunda üçüncü və sonuncu seminarlar silsiləsi təşkil edilmişdir. İştirakçılar milli və beynəlxalq ekspertlərin köməyi ilə Avropa İnsan Hüquqları Konvensiyasının tələbləri və Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-seçkilik əleyhinə presedent hüququ ilə tanış olmuş, bir sıra ayrı-seçkilik hallarını müzakirə etmişlər.

Bu seminarlar Avropa İttifaqının və Avropa Şurasının Şərq Tərəfdaşlığı ölkələri üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi vasitəsilə “Ukraynada Avropa İnsan Hüquqları standartlarının tətbiqinin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmişdir. Layihə 2015-ci ilin payızında Ukrayna Parlament Müvəkkilinin Aparatının yeni fəaliyyətə başlayan işçi heyəti üçün ayrı-seçkilik əleyhinə digər təlim kursları silsiləsi həyata keçirməyi planlaşdırır.

Ukrayna 13-14 iyul 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page