Şəxsi məlumatların mühafizəsi, xüsusilə də, Moldova Vəkillər Kollegiyasında vəkillərə qarşı həyata keçirilən intizam prosedurları kontekstində peşə sirri öhdəliyi ilə əlaqədar məsələlərə baxmaq üçün PCF-in Moldova Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin və hüquqşünaslara dəstəyin artırılması layihəsinin "Moldova Vəkillər Kollegiyasına Dəstək” layihəsi çərçivəsində 3 avqust 2015-ci il tarixində Kişinyov şəhərində seminar təşkil edilmişdir.
İnteraktiv seminar xüsusilə Moldova Vəkillər Kollegiyasının Etik Normalar və İntizam Məsələləri üzrə Komissiyasının üzvləri üçün təşkil edilmiş, onların tam və fəal iştirakından bəhrələnmişdir. Seminara Avropa Şurasının müşaviri xanım Olqa Demian sədrlik etmişdir. Tədbirin məqsədi vəkillərə qarşı intizam prosedurlarının qiymətləndirilmə nəticələrinin müzakirəsi və mövcud Avropa standartlarının və ən yaxşı təcrübələrin Etik Normalar və İntizam Məsələləri üzrə Komissiyasının üzvlərinə ötürülməsi olmuşdur. Bu sahələrdə əsas milli hüquqi standartların təhlili və müzakirəsi nəticəsində çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmiş, onların aradan qaldırılması üçün həll yollarına dair razılıq əldə olunmuşdur.
Xüsusilə də, yekun nəticələrin maraqlı tərəflərin diqqətinə çatdırmaq üçün hesabatda əks etdirilməsi barədə razılıq əldə olunmuşdur. Müşavir mövcud prosedurların Avropa Şurası standartlarına və Avropanın ən yaxşı təcrübələrinə uyğun olaraq təkmilləşdirilməsi üçün Etik Normalar və İntizam Məsələləri üzrə Komissiya daxilində yaradılan işçi qrupa yardım etməyə davam edəcək. Etik Normalar və İntizam Məsələləri üzrə Komissiyanın üzvləri vəkillərin məxfilik və şəxsi məlumatların mühafizəsi üzrə standartlar barədə məlumatlılığının davamlı təlimlər vasitəsilə artırılmasına ehtiyac olduğunu bir daha vurğulamışlar.
"Moldova Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin və hüquqşünaslara dəstəyin artırılması” layihəsinin "Moldova Vəkillər Kollegiyasına Dəstək" komponenti Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi tərəfindən maliyyələşdirilir. Avropa Şurası və Avropa İttifaqı Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusun insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə Avropa Şurasının meyarlarına cavab verməsinə və vətəndaşlarının həyat şərtlərini yaxşılaşdırmasına kömək etmək üçün bu ölkələrlə birgə çalışırlar.