Ukraynanın qanun layihələrinə dair hüquqi rəy: “Dövlət Polisi” və “Daxili İşlər Orqanları” haqqında qanun layihələri beynəlxalq ekspertlər-cənab Ralf Roce və cənab Fransesk Qillen Lassiera tərəfindən hazırlanmışdır. Hüquqi rəy həm qanun layihələrinin əsas müddəalarının, həm də insan hüquqları üzrə Avropa standartlarına, Avropada polisin etik davranış kodeksinə və ən yaxşı təcrübələrə uyğun olaraq, qanun layihələrinə düzəlişlər edilməsinə dair tövsiyələrin ətraflı təhlilindən ibarətdir.
Hüquqi rəy Hüquq-Mühafizə Orqanlarına Qanunverici Dəstək üzrə Parlament Komitəsinə təqdim edilmişdir, odur ki, tövsiyələr 2015-ci ilin 2 iyul tarixində qəbul edilən “Dövlət Polisi” haqqında Qanunun düzəlişlər edilimiş versiyasında və digər əlaqədar qanun layihələrində nəzərə alına bilər.
Bu hüquqi rəy Avropa Şurası və Avropa İttifaqının “Ukraynada İnsan Hüquqları üzrə Avropa Standartlarının Tətbiqinin gücləndirilməsi” adlı Birgə Layihəsinin bir hissəsini təşkil edir Bu layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi”nin bir hissəsidir.
