Back KİV ÜÇÜN AÇIQLAMA: Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə və inzibati idarəetmə orqanlarının işçiləri və hüquq ekspertləri üçün həyata keçirilmiş layihənin nəticələrini təqdim edəcəkdir

shutterstock.com

shutterstock.com

Ci il, çərşənbə axşamı, 31 oktyabr tarixində, Bakıda Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan üçün həyata keçirilən layihənin nəticələrini KİV-ə təqdim edəcəkdir.

2015-2017-ci illər ərzində Yaxşı İdarəçilik üçün Tərəfdaşlı çərçivəsində[1] Azərbaycanda dörd layihə həyata keçirilmişdir. Layihələrin əsas məqsədi Azərbaycanda KİV-nin azadlığının və ifadə azadlığının inkişafı, inzibati idarəetmədə korrupsiyaya qarşı mübarizə və korrupsiyanın qarşısının alınması bacarıqlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və bacarıqlarının artırılması, hakimlərin təlimləndirilməsi, eləcə də ölkədə ədliyyə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılmasından ibarətdir.

4.9 milyon avro büdcəsi olan layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir, və Avropa Şurası tərəfindən həyata keçirilir. Ölkə üzrə spesifik olan layihələrə əlavə olaraq, Azərbaycan habelə müxtəlif ölkələri əhatə edən 14 regional təşəbbüslərdə iştirak edir.

 Azərbaycanda həyata keçirilən layihələrin nəticələri 
 Azərbaycanın iştirak etdiyi regional layihələrin nəticələri

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan HERNYES, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis JANKAUSKAS, Xarici İşlər Nazirliyinin Demokratiya və İnsan Hüquqların Şöbəsinin müdiri vəzifəsini həyata keçirən Fəxrəddin İsmayılov və Aİ / AŞ-ın Tapşırıqlar üzrə Əlaqələndiricisi Arkadi SYTINE, Avropa Şurası (Strazburq) layihələri təqdim edəcəkdir.

Təqdimat 31 oktyabr 2017-ci il tarixində yerli vaxtla saat 10:00-da , Bakı şəhəri, Azadlıq prospekti 1B ünvanında yerləşən Hilton Hotelində keçiriləcəkdir. Təqdimat zamanı ingilis – Azərbaycan dillərində tərcümə təmin ediləcəkdir.

KİV nümayəndələrinin əvvəlcədən akreditasiyası tələb olunur.  KİV akreditasiyası Avropa Şurasının Bakıdakı Ofisi vasitəsilə həyata keçirilir. Akreditasiya üzrə əlaqələndirici şəxs: Narmin AKHUNDOVA+994 12 599 05 27+994 12 599 05 28 (daxili 11)

Daha geniş məlumat:

Ətraflı məlumat üçün xahiş olunur bu keçidə daxil olasınız: http://eap-pcf-eu.coe.int/azerbaijan

Əlaqələndirici şəxs:  Narmin.AKHUNDOVA, +994 12 599 05 28 (daxili 11)


[1] Əvvəllər adlanırdı: Şərq Tərəfdaşlığı ölkələri üçün Proqram Əməkdaşlığı Çərçivəsi

headline Bakı 26 oktyabr 2017-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page