Back Konstitusiya Məhkəmələrinə dair Beynəlxalq Konfrans

Konstitusiya Məhkəmələrinə dair Beynəlxalq Konfrans

Şərq Tərəfdaşlığı ölkələrində konstitusiya məhkəmələri qanunverici və icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətini necə qurur? Hakimlər necə təyin edilir və büdcə necə təsdiq olunur?

Moldova Respublikasının Konstitusiya Məhkəməsi və Venesiya Komissiyası 24 sentyabr 2015-ci il tarixində Kişinyovda “Konstitusiya Məhkəməsinin digər dövlət orqanları ilə əlaqələri” mövzusunda keçiriləcək beynəlxalq konfransda bu məsələləri, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının necə icra edildiyini müzakirə edəcəklər.

Bu konfrans Avropa İttifaqı və Avropa Şurasının Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi layihəsinə əsasən keçirilir. Bu Çərçivə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir.

Venesiya Komissiyası konstitusiya hüququ sahəsi üzrə müstəqil ekspertlərdən ibarət olub, Avropa Şurasının məşvərətçi orqanıdır. O 1990-cı ildə Berlin divarlarının dağıdılmasından sonra yaranmışdır. Komissiyanın rəsmi adı Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasıdır, lakin onun görüş yeri İtaliyanın Venesiya şəhəri olduğundan və burada ildə dörd dəfə sessiyalar keçirildiyindən, adətən, ona Venesiya Komissiyası kimi istinad edilir.

Kişinyovda, Moldaviya 24-25 sentyabr 2015
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page