PCF üzrə əməkdaşlığa dair beş prioritet sahə (yaxud “mövzu”) Avropa İttifaqı ilə birlikdə müəyyənləşdirilmişdir. Həmin beş mövzu çərçivəsində 15 alt mövzu yer alır ki, bunlar da ölkəyönümlü və regional xarakterli 50 fəaliyyəti özündə birləşdirir.

PCF üzrə həm ölkəyönümlü, həm də regional fəaliyyətlər Avropa Şurasının ölkəyönümlü Fəaliyyət Planları çərçivəsində milli maraqlı tərəflərlə sıx məşvərət əsasında tərtib edilmişdir. Fəaliyyət Planları Avropa Şurasının monitorinq orqanlarının aşkara çıxardıqları faktlara və tövsiyələrinə, eləcə də, milli islahat proqramlarına uyğun olaraq hazırlanmışdır.