հայերէնazərbaycancaenglishქართულიromânăрусскийукраїнська

Öz fikir və rəylərinizi araşdırmamıza/anketimizə əlavə edin… və Şərq Tərəfdaşlığı regionu üçün gələcək əməkdaşlıq üzrə prioritetlərin daha yaxşı işlənib hazırlanması və püxtələşməsi istiqamətində öz töhfənizi verin

Sizi Avropa İttifaqı, Avropa Şurası və Şərq Tərəfdaşlığı ölkələri arasında gələcək əməkdaşlıqda hansı məsələlərə diqqət yetirməyin vacib olduğu barədə fikir və düşüncələrinizi bölüşməyə dəvət edirik. Aşağıdakı formanı doldurmağınıza görə minnətdarıq.

Təqdim olunan təkliflər gələn illərdə Şərq Tərəfdaşlığı regionunda Aİ-nin nəzərdə tutduğu yekun nəticələrə nail olmaq məqsədilə gələcək prioritetlərin müəyyənləşdirilməsində nəzərə alınacaqdır.

Təqdim edilmiş təklif və fikirlərin xülasəsi bu tədbirdən sonra sosial media da və PGG (YİT) veb-saytında yerləşdiriləcəkdir

Yalnız təkliflər qutusunun idarə edilməsinə məsul olan YİT komandası fərdi anketlərdəki cavabları görə biləcəkdir. YİT komandası, təqdim edilmiş təkliflər əsasında ümumiləşdirilmiş anonim hesabat hazırlayacaq, beləliklə, hər hansı digər qurum/şəxs yalnız anonim məlumatları görmək imkanına malik olacaq. Ümumiləşdirilmiş hesabat hazırlandıqdan sonra fərdi anketlərə verilmiş cavablar silinəcəkdir.”