հայերէնazərbaycancaenglishქართულიromânăрусскийукраїнська

Next question

Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində hansı ölkələrlə əməkdaşlıq edir?

  • Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna
  • Ermənistan, Gürcüstan, Macarıstan, Polşa, Moldova Respublikası və Slovakiya
  • Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan

Şərq Tərəfdaşlığına daxil olan ölkələrdən hansıları Avropa Şurasına üzv dövlətlərdir?

  • Hamısı
  • Heç biri
  • Belarusdan başqa hamısı

Şərq Tərəfdaşlığına daxil olan ölkələrdən hansıları Avropa İttifaqına üzv dövlətlərdir?

  • Hamısı
  • Heç biri
  • Yalnız Gürcüstan, Moldova Respublikası və Ukrayna

Hansı ölkələr Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışlar?

  • Hamısı
  • Ermənistan, Azərbaycan and Gürcüstan
  • Gürcüstan, Moldova Respublikası və Ukrayna

 Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə siyasətinin əsas məqsədi nədir?

  • Öz diplomatik şəbəkəsini genişləndirmək
  • Öz Şərq qonşuları ilə əlaqələrini gücləndirmək və onların sabitliyi və dayanıqlığını artırmaq
  • Şərq Tərəfdaşlığı ölkələrindən daha ucuz mallara çıxış əldə etmə

Şərq Tərəfdaşlığı son 10 ildə nələrin həyata keçirilməsini diqqət mərkəzində saxlayıb?

  • Güclü iqtisadiyyat, idarəçilik, qarşılıqlı əlaqəlilik və cəmiyyət
  • Hamı üçün Avropanın ən yaxşı TV şoularına giriş
  • Səmərəli məhkəmə sistemi və ətraf mühitə uyğun təcrübələr

ŞərqTərəfdaşlığı üçün Avropa İttifaqı/Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” Proqramının əsas məqsədi nədir?

  • Avropa İttifaqı, Avropa Şurası və Şərq Tərəfdaşlığı ölkələri arasında mədəni mübadiləni artırmaq
  • Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin məktəbləri və universitetləri arasında əməkdaşlıq yaratmaq
  • Şərq Tərəfdaşlığı ölkələrini məhkəmə sistemi, korrupsiyaya və çirkli pulların yuyulmasına və ayrı-seçkilikə qarşı mübarizə sahələrində dəstəkləmək

Avropa İttifaqı/Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı, Şərq Tərəfdaşlığı ölkələrində idarəçilik, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə problemlərini necə həll edir?

  • Hər bir ölkəyə Avropa standartlarına cavab verməyə kömək etmək üçün ehtiyaclara uyğun texniki yardım göstərmək və prioritet islahatlarla bağlı hüquqi məsləhət verməklə
  • Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə subsidiya verməklə
  • Regiondakı iqtisadi və təhlükəsizlik vəziyyətinə dair konfranslar təşkil etmək və kitablar yazmaqla

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurası kiminlə əməkdaşlıq edir?

  • Yalnız milli hökumət orqanları ilə
  • Dövlət qurumları, hüquqşünaslar, təlim mərkəzləri və vətəndaş cəmiyyəti ilə
  • Miqrantlar, zorakılıq qurbanı olan uşaqlar və media orqanları ilə

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq layihələri hansı səviyyədə həyata keçirilir?

  • Regional səviyyədə ümumi problemlərin həlli və regional qarşılıqlı əlaqələrin genişləndirilməsi
  • Ölkənin ehtiyaclarına uyğun layihələr təmin etmək üçün ölkə səviyyəsində
  • Həm regional, həm də ölkə səviyyəsində

Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın Operativ Cavab Mexanizmi nədir?

  • Şərq Tərəfdaşlığı ölkələrindən olan hər kəsin Avropa İttifaqı və Avropa Şurası ilə əlaqə qurmasına imkan verən telefon nömrəsi
  • Müvafiq ölkələrin hüquqi məsləhət üçün müraciət edə biləcəyi vasitə
  • Spesifik olaraq çirkli pulların yuyulması, korrupsiya və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün vasitə

Avropa İttifaqı və Avropa Şurası nə üçün Şərq tərəfdaşlığı bölgəsində birlikdə işləyirlər?

  • Çünki onlar eyni təşkilatdır
  • Çünki ortaq məqsədlərə, prinsiplərə və dəyərlərə malikdirlər
  • Çünki Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində nümayəndəlikləri yoxdur

Nəticələr:

Təbriklər!

Doğrudan da Şərq Tərəfdaşlığı və Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın xüsusiyyətlərini mənimsəmisiniz! Bizi sosial mediada izləyin və daha ətraflı məlumat əldə etmək və Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının fəaliyyətindəki ən son yeniliklərdən xəbərdar olmaq üçün Yaxşı İdarəçilik üçün və 5-7 oktyabr tarixləri arasında tədbirlər veb-səhifəsini ziyarət edin!

Yaxşı nəticədir!

Şərq Tərəfdaşlığı və Yaxşı İdarəçilik üçünTərəfdaşlıq proqramı haqqında bir qədər məlumata maliksiniz. Onlayn tədbir fürsətindən yararlanaraq 5-7 oktyabr tarixləri arasında tədbirlər veb-səhifəsində Avropa İttifaqı/Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq üzrə birgə fəaliyyəti haqqında daha çox məlumat əldə edin! ! Bizi sosial mediada izləyin və Proqramın fəaliyyətləri barədə ən son məlumatları əldə etmək üçün Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının əsas veb-saytını müntəzəm ziyarət edin!

Xoş gəlmisiniz!

Görünür ki, Şərq Tərəfdaşlığı və Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq sizin üçün yeni sahədir. Nə qədər şanslısınız! 5-7 oktyabr tarixləri arasında tədbirlər veb-səhifəsində Avropa İttifaqı/ Avropa Şurasının birgə həyata keçirdiyi Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı haqqında lazım olan hər şeyi öyrənə biləcəksiniz! ! Bizi sosial mediada izləyin və Proqramın fəaliyyətləri barədə ən son məlumatları əldə etmək üçün Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının əsas veb-saytını müntəzəm ziyarət edin!

Thank you for taking our quiz!

Restart