Photo competition
UPDATE 15 December 2020

The submissions for the photo competition are closed. Thank you for your participation. The selection process in ongoing and the winners will be contacted in the coming weeks.

հայերէնazərbaycancaenglishქართულიromânăрусскийукраїнська

“Bərabərlik”, “ayrı-seçkiliyə yol verilməməsi”, “müxtəliflik”, “birlikdə yaşamaq”, “azlıqların iştirakı”, “gender bərabərliyi” siz və ölkəniz üçün nə deməkdir?

#PGG4Citizens Foto-müsabiqəsində iştirak etməklə şəkillərlə bizə deyin:

“Mənim ayrı-seçkilik olmayan gələcəyim”


 Fotoşəkillər Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova Respublikası və ya Ukraynada çəkilməlidir.

 Ən yaxşı fotoşəkillər Avropa Şurası kanallarında sərgilənəcəkdir

 Müsabiqə 4 oktyabr - 30 noyabr 2020-ci il tarixləri arasında Mərkəzi Avropa vaxtı ilə (gecə yarısı başlayıb eyni vaxtda bitməklə) açıq olacaq.

  1. Telefonunuzu və ya kameranızı götürün

  2. İngilis dilində maksimum 40 sözdən ibarət başlıq və ya fotoaltı yazı yazın

  3. Fotoşəkilləri yazdığınız mətnlə birlikdə #PGG4Citizens haştaqı ilə Instagram-da paylaşın və @councilofeurope Avropa Şurasının Instagram hesabını taq edin

 

Müsabiqə haqqında

“Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil edilən “Daha yaxşı İdarəçilik vasitəsilə vətəndaşların həyatının yaxşılaşdırılması” tədbirinin tərkibində sizi Şərq Tərəfdaşlığı regionunun* ayrı-seçkilikdən azad gələcəyi ilə bağlı fikirlərinizi bölüşməyə dəvət edirik.

*Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova Respublikası, Ukrayna

 

“Mənim ayrı-seçkilik olmayan gələcəyim” #PGG4Citizens foto-müsabiqəsi aşağıdakı məqsədləri güdür:

  • Regionda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı məlumatlılığı və iştirakı artırmaq;
  • Ayrı-seçkiliyə, nifrət cinayətləri və nifrət nitqinə qarşı mübarizə aparmaq üçün müxtəliflik, tolerantlıq, bərabərlik və əlaqəli anlamların əhəmiyyətini təbliğ etmək
  • Avropa İttifaqı/Avropa Şurası tərəfdaşlığı, fəaliyyətləri və əsas ismarıc olan: “Avropa İttifaqı və Avropa Şurası Şərq Tərəfdaşlığı ölkələri ilə yaxşı idarəçiliyin təşviqi və vətəndaşların həyatının yaxşılaşdırılması uğrunda birgə çalışırlar” ideyası haqqında məlumatlılığı artırmaq.

Ümumi məlumat:

Avropa İttifaqı və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT, ingiliscə PGG) proqramı vasitəsilə Şərq Tərəfdaşlığı regionunda idarəçiliyi gücləndirmək məqsədilə birgə çalışırlar. YİT Şərq Tərəfdaşlığı ölkələrinə insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində qanunvericiliyi və təcrübəni Avropa standartlarına yaxınlaşdırmaq üçün ehtiyaclara uyğunlaşdırılmış dəstək verir.

Proqramın əsas məqsədlərindən biri ayrı-seçkiliyə qarşı mübarizədir. Həyata keçirilən fəaliyyətlər Şərq Tərəfdaşlığı regionundakı azlıqlar, Roman və LGBTİ kimi həssas qrupların daha yaxşı müdafiəsinə nail olmağa yönəlmişdir. Proqram, xüsusən ayrı-seçkilik, nifrət cinayətləri və nifrət nitqinin qurbanı olan kişi və qadınlara dəstək vermək və həssas qruplara mənsub şəxslərə ayrı-seçkilik barədə şikayətlərini qeyri-məhkəmə mexanizmləri vasitəsi ilə araşdırmaqda kömək etmək üçün "bərabərlik orqanları" və vətəndaş cəmiyyəti təşkilatlarının potensialını artırmaq məqsədi daşıyır.


Hansı fotoşəkillər qəbul olunur

“Ayrı-seçkilik olmayan gələcəyim” müsabiqəsi üçün fotoşəkillər aidiyyatı ölkələrdən birində çəkilməlidir: Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova Respublikası və Ukrayna.

Fotoşəkillər “bərabərlik”, “ayrı-seçkiliyə yol verilməməsi”, “müxtəliflik”, “birlikdə yaşamaq”, “azlıqların iştirakı”, “gender bərabərliyi” kimi açar sözlərdən ilhamlanmalıdır.

Fotoşəkillər kamera və ya telefonla çəkilə bilər.


Qaydalar

İştirakçılar fotoşəkil çəkməli və onu özlərinin İnstaqram  hesabında ingilis dilində maksimum 40 sözdən ibarət yazı/və ya altyazı və #PGG4Citizens haştaqı ilə paylaşmalıdırlar.

Fotoşəkil İnstaqramda yerləşdiriləcəksə, Avropa Şurasının Instagram hesabını “@councilofeuropealtyazıda əlavə etməklə paylaşılmalıdır


İştiraka uyğunluq

Müsabiqə Avropa Şurasının 47 üzv dövlətindən birində və ya Belarusda yaşayan yaşı 18-dən yuxarı istənilən şəxs üçün açıqdır.

Bütün bacarıq səviyyələrindən olan şəxslər iştirak etməyə dəvət olunur.


Əməl edilməli əlavə qaydalar

*Participants must be the sole authors of their work. Participants must obtain the consent for the use of the photos, from the persons featured in them, in accordance with the applicable laws and comply with any other relevant legislation when producing their photographs.

Photographs that may, in any form or manner, offend the values of the Council of Europe will be automatically excluded from the competition.

Fotoşəkillərdə həddən artıq redaktə olunmamalıdır.

Hər bir şəxs/təşkilat maksimum üç foto təqdim edə bilər.


Müsabiqənin müddəti

Fotoşəkillər Mərkəzi Avropa vaxtı ilə 4 oktyabr 2020-ci il gecə yarısından başlayaraq və 30 noyabr 2020-ci il gecə yarısınadək Instagram və ya Facebook-da yerləşdirilməlidir.


Qaliblər

Avropa Şurası və Avropa İttifaqının beş təmsilçisindən ibarət münsiflər heyəti fotoşəkildə əksini tapmış yaradıcılıq və aktuallıq əsasında qalibləri seçəcəkdir. Münsiflər heyəti fotoşəkillərin sosial mediada topladığı “bəyənmə” sayını da nəzərə alacaq.


Priz

Qaliblərlə əlaqə saxlanılacaq və fotoşəkillərin orijinalını bu elektron poçt ünvanına göndərmələri xahiş olunacaq: [email protected].

Ən yaxşı fotoşəkillər 15 dekabr tarixində elan olunacaq və Avropa Şurasının sertifikatı ilə təltif ediləcək. Bundan əlavə, ən yaxşı fotoşəkillər və qaliblərin adları YİT veb-saytında sərgilənəcəkdir.

Müsabiqə zamanı təqdim olunmuş ən yaxşı fotoşəkillər seçilərək Avropa Şurası, Avropa İttifaqının ofislərində və gələcək Şərq Tərəfdaşlığı və YİT tədbirləri zamanı sərgilənə və yayım materialları (broşuralar, plakatlar, vərəqələr ...) və onlayn ünsiyyət (sosial media daxil olmaqla) üçün istifadə oluna bilər.

*Photographers retain all copyrights to their images. Winners will grant a royalty-free licence to the Council of Europe to publish and/or exhibit the contest entries in any format to congratulate or feature the winners and their respective images, and to promote future events, as well as for awareness-raising purposes for the work of the Council of Europe and the European Union. Winners will be asked to enter into a license agreement with the Council for the above purposes.


Suallar

Müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, bu elektron ünvana göndərə bilərsiniz: [email protected]