հայերէնazərbaycancaenglishქართულიromânăрусскийукраїнська
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı (YİT) vasitəsilə Avropa İttifaqı və Avropa Şurası Şərq Tərəfdaşlığı ölkələri ilə (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna) aşağıdakılar uğrunda birgə çalışırlar:
  • Şərq Tərəfdaşlığı ölkələrində insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində qanunvericiliyi və təcrübəni Avropa standartlarına yaxınlaşdırmaq;
  • Şərq Tərəfdaşlığı ölkələrinin daxili islahatları həyata keçirmək bacarıqlarını artırmaq.

YİT-in 2019-2021-ci illəri əhatə edən mərhələsi məhkəmə islahatları, korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə və ayrı-seçkiliyə qarşı mübarizə kimi prioritet sahələr üzərində diqqəti cəmləyib.

5-7 oktyabr tarixləri arasında “Daha yaxşı idarəçilik vasitəsilə vətəndaşların həyatını yaxşılaşdırmaq” adlı onlayn tədbir aşağıdakılara imkan yaradacaq:

 

  • Şərq Tərəfdaşlığı ölkələrində yaxşı idarəçiliyə necə sövq edildiyini aşkar etmək
  • proqramın vətəndaşların həyatını yaxşılaşdırmaq yönümündə verdiyi nəticələr haqqında məlumat əldə etmək
  • YİT-in Avropa İttifaqının 2020-ci il üzrə nəzərdə tutulmuş Nəticələrinə və Şərq Tərəfdaşlığı ölkələri üçün Avropa Şurasının fəaliyyət planlarına necə töhfə verdiyindən xəbərdar olmaq
  • programın COVID-19 pandemiyası ilə üzləşən tərəfdaş ölkələri dəstəkləməyə necə davam etdiyini öyrənmək
  • YİT proqramı çərçivəsində və 2020-ci ildən sonrakı gələcək fəaliyyətlər barədə müzakirələrdə iştirak etmək

 

Tədbirlərə dair veb-saytımıza baxmaqla, Avropa İttifaqının, Avropa Şurasının və Şərq Tərəfdaşlığı ölkələrinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən aşağıdakı şəxslərin ifadə etdiyi ən son fikirləri eşitmək üçün YİT onlayn tədbirinə qoşulun: Marija Pejčinović Burić, Avropa Şurasının baş katibi; Olivér Várhelyi, Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı və Şərq Tərəfdaşlığı ölkələrinin milli hökumət orqanlarının nümayəndələri

Avropa İttifaqı, Avropa Şurası və Şərq Tərəfdaşlığı ölkələri arasında hazırkı və gələcək əməkdaşlıqla bağlı suallar vermək, fikir və düşüncələrinizi bölüşmək imkanı verən iki canlı panelə qoşularaq müzakirələrdə iştirak edin.

  • 5 October 2020 / 10:30-12:00 CET  - "EaP: challenges and priorities for future cooperation"
  • 7 October 2020 /10:30-12:00 CET - "Responses to COVID 19 and lessons learned in the Eastern Partnership region"

Tədbir çərçivəsində siz, həmçinin aşağıdakılara qabil olacaqsınız:  

  •   təkliflər qutumuza öz nöqteyi-nəzərinizi əlavə etməklə Şərq Tərəfdaşlığı bölgəsi üçün gələcək əməkdaşlıq prioritetlərinin daha yaxşı işlənib hazırlanmasına və müəyyən edilməsinə töhfə vermək
  •   Sorğu-sual (quiz) iştirak etməklə YİT haqqında biliklərinizi sınamaq
  •  foto-müsabiqədə iştirak etmək